Nazirlik bəyannamə formalarını dəyişdi
“Qeydiyyata alınmayan qeyri rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV-nin bəyannaməsi”, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, ”“Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, “Dövlət rüsumunun tutulması haqqında hesabat”, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannaməsi”, “Xüsusi notariusun gəlir vergisi bəyannaməsi”, “Daşınmaz əmlak təqdim edə şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi” və bir sıra başqa bəyannamələrin formaları və onların tərtib edilməsi qaydaları da qəbul olunub.
Normativ-hüquqi aktlara dəyişikliklər bağlı ətraflı məlumat, habelə yeni bəyannamə formaları və onların tərtib edilmə qaydaları Vergilər Nazirliyinin rəsmi saytında (www.taxes.gov.az) yerləşdirilib.
Qeyd edək ki, dəyişiklik Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında ölkə Prezidentin fərmanından irəli gələn tapşırıqların, habelə Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Vergi sahəsində aparılan islahatların tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə bağlıdır.
AzVision.az
Teqlər: