78 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
Özəlləşdirməyə çıxarılan səhmdar cəmiyyətlər əsasən tikinti, sənaye, nəqliyyat, inşaat sahələrinə aiddir. Paytaxt və regionlarda yerləşən belə iri müəssisələr sırasına “Salyan Kəndkimya”, “Sabirabad Mexanikləşdirmə”, “Xəzər Avtonəqliyyat” kimi müəssisələr daxildir.
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri paytaxtın Nizami, Nəsimi, Səbail və Xəzər rayonlarında, regionlarda isə Şəki və Göygöl rayonlarında yerləşir. Kiçik dövlət müəssisələrindən ən yüksək qiymətə təklif olunanı Nizami rayonunda yerləşən təsərrüfat hesablı təmir tikinti sahəsidir.
AzVision.az
Teqlər: