Ən çox istifadə olunan elektron xidmət
Xidmətlərinə ən çox müraciət olunan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (ƏƏCMN). Fevral ayı ərzində bu qurumun xidmətlərinə 946.084 dəfə müraciət olunub. ƏƏSMN-in ünvanlı dövlət sosial yardımı üzrə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə hazırlanmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) adlı xidmətinə ay ərzində 394.389 dəfə müraciət edilib.
Müxtəlif istiqamətləri əhatə edən 37 xidməti portala inteqrasiya edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) xidmətlərinə isə ötən ayda müraciət sayı 565.935-ə çatıb. Nazirliyin çox istifadə olunan elektron xidməti “Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətidir ki, ay ərzində xidmət üzrə müraciət sayı 300.300-ə çatıb.
Dövlət Gömrük Komitəsinin (DGK) təqdim etdiyi elektron xidmətlərə ay ərzində müraciət sayı isə 71.470 - dir. Komitənin təqdim etdiyi “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu” elektron xidmətinə 55.099 dəfə müraciət edilib.
Portal üzərindən fərdə məxsus məlumatı elektron qaydada formalaşdırmağa, çap edərək aidiyyati quruma ötürməyə imkan yaradan elektron arayışlardan isə fevral ayı ərzində 25.862 dəfə istifadə edilib.
Əsasən yay aylarında daha aktual olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətləri bütün qurumları qabaqlayaraq liderlik etdiyi halda, fevral ayında bu qurumun xidmətlərinə nisbətən az, 18.701 dəfə müraciət edilib.
AzVision.az
Teqlər: elektron hökumətportalı