Azərbaycan nefti 2,4% bahalaşıb
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar və ya 0,62% artaraq 52,13 dollar olub.
"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,24 dollar və ya 2,40% artaraq 52,82 dollar təşkil edib.
Neftin bahalaşması ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması fonunda baş verib. ABŞ Mərkəzi Bankı tərəfindən dollar bahalaşdırılandan sonra dünya bazarında neftin ucuzlaşacağı gözlənilirdi, lakin əks proses baş verdi.
AzVision.az
Teqlər: Neft