Neftimiz 52 dollardan baha satılır
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar bahalaşaraq 48,61 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar artaraq 51,54 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,83 dollar bahalaşaraq 52,49 dollar təşkil edib.
AzVision.az