Dünyanın ən böyük maliyyə mərkəzləri - SİYAHI
"psm7.com"saytının məlumatına görə, siyahıda birinci yerdə 782 bəndlə London qərarlaşıb, ilk beşlikdə isə ciddi dəyişikliklər müşahidə olunub. İkinci yeri Nyu-York (780 bənd), üçüncü yeri Sinqapur (760 bənd), dördüncü yeri Honqkonq (755 bənd) və beşinci yeri Tokio (740 bənd) tutub.
Siyahıya daxil olan Sidney 8-ci yerdən 11-ci yerə yüksəlib, Sürix isə 11-ci yerdən 9-cu yerə enib.
Ekspertlər qeyd edirlər ki, Qərbi Avropa maliyyə sektoru son yarım ildə yüksək volatilliyi ilə səciyyələnib: Avropanın 29 maliyyə mərkəzindən 16-sı siyahıda öz mövqeyini itirib və onlardan yalnız 12-si reytinqində yüksələ bilib.
Reytinq bir neçə meyar - biznes-mühit, maliyyə, infrastruktur, insan kapitalı və reputasiyası əsasında tərtib olunub.
AzVision.az