Azərbaycanda daha bir bank ləğv olunacaq
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı deyib.
Palata sədri bildirib ki, “United Credit Bankı”nın ləğv edilməsi ilə bağlı məhkəmə prosesləri icra olunur.
“Həftənin əvvəlində biz məhkəmə qərarını aldıq. Bu proseslər prosessual olaraq uzanırdı. Çünki, bir neçə məhkəmə instansiyasından keçir. Əslinə qalsa, bu məhkəmə sisteminə deyil, məhkəmə prosedurlarına dair olan bir məsələ idi. Hazırda ləğvedici təyin olunmalıdır. Bundan sonra bankda real ləğv etmə prosesinə başlayacağıq. Yəqin ki, gələn həftə biz bu məsələni müzakirə edəcəyik”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Bank