Palata banklara 143 milyon ayırıb
Bank sektoru cari ilin fevral ayını 50 mln. manatlıq xalis mənfəətlə başa vurub. Hesabat dövründə bankların faiz gəlirləri 348,8 mln. manat, qeyri-faiz gəlirləri 163,8 mln. manat, o cümlədən kreditlər üzrə faizlər 258,6 mln. manat təşkil edib. Martın 1-ə bankların faiz xərcləri 170,6 mln. manat olub. Kommersiya bankları depozitlər üzrə faizlərə 66,6 mln. manat sərf edib. Maliyyə təşkilatlarının qeyri-faiz xərcləri 144,7 mln. manat təşkil edib. Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 143,6 mln. manat ayırıb.
AzVision.az