"TAP layihəsi İtaliya üçün strateji əhəmiyyət kəsb edir" - Nazir
“Mənbələrin və marşrutların diversifikasiyası mühüm əhəmiyyət kəsb edir. İtaliya hazırda 45% Rusiya qazından (qış aylarında bu rəqəm 65%-ə qalxır) asılıdır. Digər mühüm iri təchizatçılar Əlcəzair və Liviyadır ki, bunlar hələ də qeyri-sabit regionlardır. Əlcəzair ilə 35 mlrd m3-lik qaz həcmləri üzrə uzunmüddətli təchizat müqavilələrinin müddəti 2020-ci ildə bitəcək ki, gözlənilən tələbata münasibətdə potensial defisit təqribən 14 mlrd m3 həcmində dəyərləndirilir. Bunun üçün də TAP mühüm layihədir”.
Nazir əlavə edib ki, mənbələrin diversifikasiyası və təchizatların artımı rəqabət impulsu yaradacaqdır ki, bu da qazın qiymətlərini son istehlakçılar, bizneslər və ailələr üçün aşağı salacaqdır. TAP infrastrukturunun enerji təhlükəsizliyi məqsədlərinə çatmaq, dekarbonizasiya və rəqabətlilik üçün strateji və mühüm olduğunu bildirən Kalenda legitimliyi Regional İnzibati Məhkəmə və Dövlət Şurası tərəfindən təsdiqlənmiş TAP kəməri üzrə icazələr proseduruna yenidən baxmağın lüzumsuz olduğunu söyləyib:
“20 may 2015-ci il tarixində İtaliya İqtisadi İnkişaf Nazirliyi TAP kəməri üzrə Vahid İcazə dekretini imzalayıb. Mən xatırlayıram ki, Puliya regionu marşrutun seçilməsi prosedurunun bütün mərhələlərində iştirak edib. Ətraf Mühitin, Dənizlərin və Torpaqların Mühafizəsi Nazirliyində ətraf mühitə təsirin qiymətləndirilməsi mərhələsində 12 mümkün çıxış nöqtəsi nəzərdən keçirilib. İqtisadi İnkişaf Nazirliyi tərəfindən icazənin verilməsi üçün Xidmətlər Konfransı və nəhayət, Nazirlər Şurasında digər bələdiyyələrin merləri dinlənilib və kəmərə ev sahibliyi etməyə etirazlarını bildiriblər. Detallı qiymətləndirmələrdən sonra ən münasib çıxış nöqtəsi kimi Melndunyo Bələdiyyəsinin San Foka şəhərciyi müəyyən edilib”.
AzVision.az
Teqlər: TAP Azərbaycan İtaliya