Sosial ev almaq üçün şərtlər - İlkin ödəniş 10 faiz olacaq
“Eyni zamanda, elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər də bu imkandan yararlana biləcəklər. Gənc ailə üçün yaş həddi 35-dir”.
V.Bayramov bildirib ki, sosial mənzillər bir, iki və üç otaqlı olmaqla inşa edilir. “Bizim qiymətləndirmələrimizə görə, 1 otaqlı mənzil üçün aylıq ödəniş təxminən 180 manat, 2 otaqlılar üçün 240 manat, 3 otaqlılar üçün isə 360 manat olacaq. İlkin ödəniş 10 faiz olacaq. Bu o deməkdir ki, əgər mənzilin qiyməti 50 min manatdırsa o zaman 5 min manat ilkin ödəniş lazım olacaq.
Sosial mənzil almaq üçün müraciətlərin sayının çox olacağı nəzərə aldıqda qeydiyyat başladıqdan sonra daha tez müraciət etməyiniz məqsədəuyğundur. Çünki mənzillərin sayı məhdud, müraciət isə çox olacaq. Buna görə, ilkin müraciət edənlərə üstünlük veriləcəyi gözlənilir. Yasamalda inşa edilən sosial binalarda təxminən 1900 mənzilin istifadəyə veriləcəyi gözlənilir”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Sosialev