16 dövlət əmlakı özəlləşdirilib
Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən 18 saylı yanacaq doldurma məntəqəsi olub. Adıçəkilən əmlak 510 min 750 manata özəlləşdirilib. Həmin yanacaq doldurma məntəqəsinin torpaq sahəsi 1800 kv.m, ümumi faydalı sahəsi isə 16,6 kv.m təşkil edir. Bundan başqa, paytaxtın Xəzər rayonunda yerləşən Tibb məntəqəsi də qiyməti ilə digərlərindən fərqlənir. Özəlləşdirilən həmin əmlakın qiyməti 190 min manatdır. Ümumi faydalı sahəsi 1179 kv.m, topaq sahəsi isə 4632 kv.m təşkil edir. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 2-si paytaxtın Sabunçu və Xəzər rayonlarında, 1-i Gəncə, 1-i Cəlilabad, digər isə Mingəçevirdə yerləşir.
Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 3-ü paytaxtın Suraxanı, Yasamal, Nizami rayonlarında, 3-ü Qubada, digərləri isə Sumqayıt, Sabirabad, Lənkəran və Ağdaşda yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 60 min manat olub. Ümumi faydalı sahəsi isə 24 kv.m təşkil edib. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 9 kv.m ilə 110 kv.m, qiymətləri isə 1500 manatla 60 min manat arasında dəyişib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac mayın 10-da keçiriləcək.
AzVision.az
Teqlər: hərrac