"1,2 milyondan çox yeni iş yeri yaradılıb" - Prezidentin köməkçisi
"Proqramların icra olunduğu 10 il ərzində ÜDM 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5%-ə, yoxsulluq səviyyəsi isə 5,3%-ə enib. Azərbaycan iqtisadiyyatına 130 milyard dollardan artıq investisiya qoyulub, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artıb”.
N.Əliyev qeyd edib ki, bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 mlrd. manatdan artıq güzəştli dövlət krediti verilib: “Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaradıb. Dövlət büdcəsinin gəlirləri 14,2 dəfədən, vergi daxilolmaları 7,3 dəfədən, büdcə xərcləri 13,9 dəfədən, əhalinin əmanətləri 24 dəfədən, bank aktivləri isə 18 dəfədən çox artıb. Hazırda ÜDM-də özəl bölmənin payı 83%, məşğulluqda isə 73,9% faizdir”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Natiq-Əmirov YAP