Bu yerlərdə "wi-fi" pulsuzdur
"Baktelecom"un İctimai əlaqələr üzrə mütəxəssisi Nuranə Əliyevanın sözlərinə görə, qurum "Baku loves you" brendi adı altında təqdim olunan layihə çərçivəsində mütəmadi olaraq yeniləmə və təkmilləşdirmə işləri aparır: "Yaxın zamanlarda istifadəçilər üçün yeni, daha rahat qeydiyyat sisteminin tətbiqi nəzərdə tutulur.
Hazırda mobil telefon, noutbuk, planşet və sair portativ cihazlarla şəbəkə siyahısında "Baktelekom"la yanaşı, bəzi ərazilərdə "Baku loves you" adını seçməklə mobil nömrə vasitəsilə qeydiyyatdan keçmək və pulsuz internetdən istifadə etmək mümkündür. Bundan başqa, Dənizkənarı Milli Park və "İçərişəhər" Tarix-Memarlıq Qoruğu ərazisində istifadəyə verildiyi gündən indiyədək artıq 150 minə qədər istifadəçi pulsuz internetdən yararlanıb".
AzVision.az
Teqlər: NRYTN