Azərbaycan BTİ iclasında iştirak edir
BTİ-nin 193 üzv ölkəsindən yalnız 48-i şuranın üzvüdür, Azərbaycan 2014-cü ildə şuraya üzv seçilib. Azərbaycan nümayəndə heyəti şuranın iclasında fəal iştirak edir, gündəlikdəki məsələlər üzrə təkliflərini bildirir, çoxsaylı görüşlər keçirir.
Bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd edilir və günün mövzusuna uyğun olaraq “Böyük təsir üçün böyük həcmli verilənlər” mövzusunda toplantı keçirilir. Toplantıda inkişaf məqsədləri üçün böyük verilənlərin potensialından istifadə və inkişafı dəstəkləmək üçün böyük həcmli verilənlərin informasiyanın əldə edilməsinə imkanları müzakirə olunur. Sessiya öz işini mayın 25-dək davam etdirəcək.
AzVision.az