AMEA-nın yeni üzvlərinə diplomlar təqdim olunub - Fotolar - (VİDEO)

AMEA-nın yeni üzvlərinə diplomlar təqdim olunub - Fotolar - (VİDEO)
  24 May 2017    Oxunub:3636
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında yeni seçilmiş 16 həqiqi və 25 müxbir üzvə diplomlar təqdim olunub.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə yeni üzvləri təbrik edərək onlara elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsip, məqsəd və prioritetlərinin həyata keçirilməsində uğurlar diləyib, Azərbaycan elminin davamlı inkişaı naminə səfərbər olmağa çağırıb.



Sonra AMEA prezidenti Akademiyanın yeni üzvlərinə diplom, üzərində Nizami Gəncəvinin şəkli həkk olunmuş döş nişanı və vəsiqələri təqdim edib. Bundan əlavə "Magistr 2017" müsabiqəsinin 8 qalibinə də mükafatlar təqdim edilib. Müsabiqədə iştirak etmək üçün AMEA nın 45 magistrantı sənədlərini təqdim edib.





Seçim zamanı tələbələrin magistraturaya qəbul imtahanında topladığı ballar, onların imtahan sessiyalarında qazandıqları və ümumi orta müvəffəqiyyət göstəriciləri, yerli və xarici jurnallarda nəşr olunmuş elmi məqalələr, təcrübəkeçməni, konfrans və ictimai tədbirlərdə iştirakını nəzərə alıb.










Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər: AMEA   Akif-Əlizadə  





Xəbər lenti