"Çətin ki, neftin qiyməti o səviyyəyə çatsın" - Nazir
Qeyd edək ki, neftin qiyməti 2014-cü ildə bir barel üçün təxminən 115 dollar təşkil edirdisə, 2016-cı ildə üç dəfədən çox - 30 dollaradək aşağı düşmüşdü. Hazırda Brent markalı neftin bir barelinin qiyməti 51,36 dollar, WTI nefti isə 48,80 dollar təşkil edir.
Ötən gün isə OPEK və müttəfiqləri neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha doqquz ay, yəni 2018-ci ilin birinci rübünədək uzadılmasına qərar veriblər.
AzVision.az