Əmanətlərin Sığortalanması Fondu ilə bağlı dəyişiklik
Dəyişikliyə əsasən Himayəçilik Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının 1 nümayəndəsi, Mərkəzi Bankın 1 nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının 3 nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların 2 nümayəndəsi daxildir. Bundan əvvəl isə maliyyə bazarlarına nəzarət orqanının 2 nümayəndəsi, MB-ın 1 namyəndəsi, müvafiq icra hakimiyyətinin 2 nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların 2 nümayəndəsi daxil edilirdi.
Digər dəyişikliyə əsasən icraçı direktoru və onun müavini müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin ediləcək və azad ediləcək.
Qeyd edək ki, bundan əvvəl isə vəzifəyə təyinat və azad edilmə Himayəçilik Şurası tərəfindən həyata keçirilirdi.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: