Neft Fondunun gəlirləri artacaq
Belə ki, 2017-ci ildə fondun gəlirlərinin 2017-ci il təsdiqlənmiş büdcədə nəzərdə tutulan 8 370,6 mln. manatdan 10 677,6 mln. manata çatdırılması gözlənilir.
Bildirilib ki, əsas səbəb neftin dünya bazarlarında qiymətinin cari ilin ilk 5 ayında proqnozlaşdırılan nisbətlə müqayisədə 35%-dək artmasıdır.
Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərclərinin isə 14 451,3 mln. manatdan 14 459,1 mln. manatadək artacağı proqnozlaşdırılır.
AzVision.az