Ət və yumurta bahalaşıb
Ay ərzində bitkiçilik məhsullarından lobya, bibər, tərxun, xiyar, pomidor, qarğıdalı, baş soğan, kartof, albalı, alça və gilasın istehsalçı qiymətlərində azalma, baş kələm, şüyüd, süfrə çuğunduru, baş sarımsaq, yonca və fındığın qiymətlərində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyun ayında heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiyməti artıb, südün və quş ətinin istehsalçı qiymətləri isə azalıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
AzVision.az