"Əmanətlərin sığortalanması haqqında" qanun dəyişdi
Bunadək qüvvədə olan qanunvericiliyə əsasən, Fondun Himayəçilik Şurasında MBNP-nin iki nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının iki nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi təmsil olunur.
Əlavə edək ki, indiyədək Fondun Himayəçilik Şurası öz səlahiyyətlərini müstəqil həyata keçirib. Ölkə başçısı tərəfindən qanunun təsdiqlənməsi ilə Fond bunu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalı olacaq.
Əgər indiyədək Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru və onun müavini Himayəçilik Şurası tərəfindən vəzifəyə təyin edilirdisə, bundan sonra bu vəzifəyə təyinat və azadolma müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq.
AzVision.az
Teqlər: MBNP