Azərbaycanda 58 min nəfər prezident təqaüdü alır
Eyni zamanda, müharibə veteranları, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqları və b. aylıq sosial müavinətlə təmin edilirlər. Uşağın doğulmasına görə ailələrə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan insanlara isə birdəfəlik sosial müavinətlər verilir.
Yanvar-iyun aylarında ƏƏSMN-nin xətti ilə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunan şəxslərin sayı isə 58 638 nəfər təşkil edib. Həmin təqaüdləri alan vətəndaşların sırasına Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları, 20 Yanvar əlilləri, ümumi səbəblərdən I qrup əlillər, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və başqaları daxildir.
AzVision.az