“Təhlükəsiz internet” xidməti istifadəyə verildi
Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlərin azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya, ekstremizm və s. təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarəti güclənəcək.
Təhlükəsiz internet xidmətindən istifadə çox sadədir. Belə ki, istifadəçi www.baktelecom.az saytının “Şəxsi kabinet” bölməsinə daxil olaraq “Təhlükəsiz internet” xidmətinə qoşula bilər. Xidmətə qoşulduqdan sonra təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri “qara siyahı”ya daxil edərək, istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin istənilən zaman filtri deaktiv edərək, “qara siyahıya” daxil edilən resursu aktivləşdirmək də olar.
İstifadəçilər bu xidmətə qoşulmaq üçün aidiyyatı Telekommunikasiya qovşaqları və “Şəbəkə” xidmət mərkəzlərinə də müraciət edə bilərlər. Ətraflı məlumat üçün 155 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiz.
AzVision.az
Teqlər: internet