Energetika Nazirliyi və AYİB arasında protokol imzalanıb
S. Çakrabarti təmsil etdiyi qurumun enerji sahəsində böyük təcrübəyə malik olduğunu, sərmayələrinin 30%-nin məhz bu sahəyə yönəldildiyini diqqətə çatdırıb. Əlavə edib ki, bankın gələcəkdə əsas məqsədlərindən biri bu göstəricini 40%-ə yüksəltməkdir.
S. Çakrabarti tənzimləyici orqanın yaradılması məsələsində kömək göstərməkdə maraqlı olduqlarını vurğulayaraq deyib ki, qurum Energetika Nazirliyi ilə əməkdaşlığı məqsədə çevirib. İki qurum arasında imzalanacaq sənəd işbirliyini daha da gücləndirərək, səmərəli fəaliyyəti təmin edəcək.
Görüşün sonunda Azərbaycanın Energetika Nazirliyi ilə AYİB arasında “Azərbaycan Respublikasının Kommunal Xidmətlər sektorunda Strateji Yol Xəritəsi üzrə Əməkdaşlıq” barədə Niyyət Protokolu imzalanıb.
AzVision.az