Azərbaycan fındığı Rusiyaya ixrac olunacaq
Sərginin açılış mərasimindəki çıxışında Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin müavini Sahil Babayev qarşılıqlı dostluq və faydalı tərəfdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan - Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycanın ilk dəfə olaraq “Worldfood Moscow” Sərgisinin ekskluziv partnyoru olduğunu diqqətə çatdırıb.
Sərginin rəsmi açılışından sonra Rusiya Federasiyasının, eləcə də sərgi iştirakçısı olan digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Azərbaycanın vahid ölkə stendi ilə tanış olublar.
“Worldfood Moscow” çərçivəsində bir sıra Azərbaycan məhsullarına böyük maraq göstərilib. Artıq Azərbaycanın “Azərstar” MMC şirkəti ilə Rusiyanın 2 şirkəti arasında yerli fındığın bu ölkəyə ixracına dair müqavilələr imzalanıb.
Rusiyanın kütləvi informasiya vasitələri də “Made in Azerbaijan” stendinə böyük maraq göstərirlər.
AzVision.az
Teqlər: İqtisadiyyatNazirliyi Moskva