Dövlət qulluğu haqqında qanunvericilik dəyişir
Onun sözlərinə görə, layihədə bütün dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni şərtlər müəyyənləşidirilib: "Bu da ilk növbədə namizədlərin ixtisasına, xüsusi biliklərinə və bacarıqlarına dair şərtlərdir. Dövlət qulluğu vəfizələri fərqli olduğu kimi, onların tutulması da fərqlidir.
B.Xəlilov qeyd edib ki, hazırda dövlət qulluğu üzrə qanunvericiliyə dəyişikliklər etməklə normativ-hüquqi baza formalaşdırılır: "Hesab edirik ki, oktyabrda birinci test imtahanlarını keçirəcəyik. Bu imtahan bütün dövlət qulluğu vəzifələri üzrə olacaq. Dövlət qulluğuna test imtahanlarında sertifikat almaq üçün müvafiq keçid balları olacaq".
Aytən Zəhra
AzVision.az
Teqlər: DİM dövlətqulluğu