Pulsuz "wi-fi” dan istifadə edənlərin sayı 1 milyonu ötüb
Qeyd edək ki, 1 ay öncə “Baktelekom” tərəfindən istifadəçi artımını stimullaşdırmaq məqsədi ilə “Pulsuz "wi-fi” xidmətinin 500 mininci istifadəçisi mobil telefonla mükafatlandırılıb.
Məlumat üçün bildirək ki, bu həftə pulsuz “wi-fi” zonalarının sırasına daha biri əlavə edildi. Artıq “Port Baku Residence” və “Port Baku Mall” arasında yerləşən parkı (“Fashion Avenue”) ziyarət edənlər də ictimai şəbəkədən faydalana bilirlər.
Yaxın zamanda Dədə Qorqud və Nərimanov parkı da “Pulsuz "wi-fi” xidmətinin əhatə dairəsinə daxil ediləcək.
Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisini, Heydər Əliyev Mərkəzinin parkını, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağlarını, Qış və Zabitlər parklarını ziyarət edənlər “Pulsuz "wi-fi” xidmətindən yararlana bilərlər.
AzVision.az
Teqlər: NRYTN