Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmağına imkan yaratmaq məqsədi ilə test imtahanında istifadə olunan sualların tərtib edildiyi ədəbiyyat siyahısı nazirliyin internet saytı vasitəsi ilə namizədlərə çatdırılıb. Müsabiqədə iştirakla bağlı 1480 nəfər vətəndaş müraciət edib, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 985 nəfəri namizəd qismində müsabiqəyə buraxılıb.
Müsabiqənin test imtahanı və müsahibə olmaqla iki mərhələdən ibarət keçirilir. Qanunvericiliyə uyğun olaraq, test imtahanında uğur qazanmış namizədlər müsahibənin ikinci mərhələsinə – müsahibəyə buraxılacaqlar.
Müsahibələrdə namizədlərin ümumi dünyagörüşü, onların müvafiq sahədə bilikləri və onları tətbiq etmək bacarıqları yoxlanılır. Müsahibələrdə şəffaflığın təmin edilməsi üçün müsahibə kollegial şəkildə – Müsabiqə Komissiyası tərəfindən aparılır, müsahibələrdə audio-video çəkilişdən istifadə edilir. Müsahibənin nəticələri nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə açıqlanır.
Müsahibədə uğur qazanan namizədlər dövlət vergi orqanlarının ehtiyat kadrlar siyahısına daxil ediləcək və onların vakant vəzifələrə təyinatı üzrə müvafiq tədbirlər görüləcəkdir. İmtahanın nəticələri nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə elan ediləcək.
AzVision.az
Teqlər: Vergilər-Nazirliyi