“Total” “Abşeron” yatağı ilə bağlı proqnozlarını açıqladı
P. Şahbazov nəqletmə infrastrukturunun yaradılması və şaxələndirilməsinin isə qaz yataqlarının işlənməsində, bu sahəyə sərmayə cəlbində mühüm amillərdən olduğunu bildirib. Nazir müasir qazma qurğularından istifadə, eləcə də kəşfiyyat və qazma işlərindəki təcrübəsini tətbiq etməklə "Total"ın "Abşeron" yatağı üzrə işləri sürətləndirəcəyinə, bu yataqdan qaz hasilatının nəzərdə tutulan vaxtda başlayacağına ümidlərini ifadə edib.
B. Klement isə "Abşeron" yatağının işlənməsi proqramı, birinci mərhələ üzrə aparılacaq kəşfiyyat-qazma işləri, hasil olunacaq qaz və kondensatın həcmi barədə ətraflı məlumat verib. O, 2020-2023-cü illəri əhatə edəcək ikinci mərhələdə nəzərdə tutulan tədbirlərdən də bəhs edib. Bildirib ki, bu faza üzrə təxminən 5 mlrd. kubmetr həcmində qazın hasili planlaşdırılır.
Görüşdə "Ümid" yatağı və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsində "Total"ın mümkün iştirakı məsələsi ətrafında da geniş fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Energetika-Nazirliyi