Azərbaycana yeni cins mal-qara gətiriləcək
"Sabah və birisi gün havadan asılı olaraq pambığın 160 min tondan çox olacağı proqnozlaşdırılır. Pambıq sahələrinin 70-80 faizi yığılıb".
Nazir bildirib ki, şəkər çuğunduru istehsalı üçün 18 milyon manat dəyərində texnika alınıb.
"Çəltik istehsalı üçün Avropa ölkələrindən bir neçə bahalı texnika alınıb. Gələn il əməkdaşlarımız Koreya və digər ölkələrdə olacaq, kiçik ailə təsərrüfatları üçün texnikaların alınmasını həyata keçirəcəklər. Meyvə bağları üçün gətirdiyimiz texnikalar kifayət deyil. Onlar üçün yeni texnikaların gətirilməsi nəzərdə tutulub. Gələn ildən isə Azərbayacana xeyli sayda cins mal-qara gətirilməsi planlaşdırılır".
Aytən Zəhra
AzVision.az
Teqlər: Heydər-Əsədov