Elmin İnkişafı Fondunda nöqsanlar aşkar edilib
Qrant layihələri çərçivəsində qrant vəsaiti hesabına alınmış elmi avadanlıq, cihaz və qurğuların Fondun mülkiyyəti hesab olunmasına və layihənin icrası müddətində layihə rəhbərinin və icraçılarının istifadəsinə verilməsinə baxmayaraq, həmin əsas vəsaitlər Fondda uçota alınmadan birbaşa xərcə silinib, layihələrin icra müddəti başa çatdıqdan sonra layihə rəhbərlərindən Fonda təhvil alınması və balansa götürülməsi təmin edilməyib.
Maliyyə hesabatları “Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilsə də, təsərrüfat əməliyyatları üzrə mühasibat müxabirləşmələri qüvvədən düşmüş təlimatın hesablar planı ilə aparılıb, 2016-cı ildə Fondun büdcədənkənar gəlirləri olmadığı halda düzgün olmayaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda gəlir göstərilib. Həmçinin xalis aktivlərin cəmi hesabat ilinin əvvəlinə və sonuna qalıqları “Xalis aktivlər/ kapitalda dəyişikliklər haqqında” hesabatda düzgün göstərilməyib.
AzVision.az
Teqlər: Hesablama-Palatası