Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Hər kəs cəzasını almalıdır”
“Vergilər Nazirliyinin məqsədi vergi ödəyicilərinə cərimə tətbiq etmək deyil, hər bir ödəyicinin qanuna riayət etməsində, vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə ödənilməsində mövcud qanunvericiliyə uyğun olaraq, bütün tədbirləri həyata keçirməkdir. Amma qanun hamı üçün bərabərdir və onun tələblərinə riayət etməyən hər kəs cəzasını almalıdır”.
O, qeyd edib ki, beynəlxalq təcrübəni nəzərə alaraq nağd hesablaşmaların məhdudlaşdırılması və nağdsız əməliyyatların stimullaşdırılması üzrə bəzi təkliflərin nəzərdən keçirilməsi məqsədəuyğundur: “Məsələn, belə hesab edirik ki, fiziki şəxslər və hüquqi şəxslər arasında aparılan əməliyyatların müəyyən məbləğdən artıq olan hissəsi (qeyri-rezidentlər üçün fərqli məbləğlər müəyyən edilə bilər) yalnız nağdsız şəkildə reallaşdırıla bilər, əks halda, aparılan əməliyyatın müəyyən faizi məbləğində maliyyə sanksiyası tətbiq edilməlidir. Bu qaydaların pozulmasına görə həm ödəyənin, həm də ödəməni qəbul edənin birgə məsuliyyət daşımasını nəzərdə tutan qanunvericilik aktının qəbul olunması məqsədəuyğundur”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Vergilər-Nazirliyi