İşsizlikdən sığorta fondunun gəlir və xərcləri açıqlanıb
"İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihəsində fondun xərclərinin istiqamətləri belədir:
- Belə ki, 2018-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 33 milyon 478 min manat,
- peşə hazırlığı və əlavə təhsilin təşkilinə 1 milyon 613 min manat,
- peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 1 milyon 150 min manat,
- əmək yarmarkaları və əmək birjalarının təşkilinə 120 min manat,
- haqqı ödənilən ictimai işlərin təşkilinə 1 mln. 788 min manat,
- özünüməşğulluq tədbirlərinin təşkilinə 35 milyon 802 min manat,
- sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 1 milyon 380 min manat, məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 13 milyon 709 min manatın yönəldilməsi nəzərdə tutulur.
Layihəsində bildirilib ki, müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürəcək. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Xatırladaq ki, “İşsizlikdən sığorta haqqında” qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: fond