Azərbaycan neftinin qiyməti 66 dollara çatır
![Azərbaycan neftinin qiyməti 66 dollara çatır Azərbaycan neftinin qiyməti 66 dollara çatır](https://azvision.az/photos/149642826252163_o_1508394108_1508479534_1508480580_1508738433_1509171004_1510343977.jpg)
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 9-da 65,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,16 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 9-da 62,33 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 9-da 64,47 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar/barel azdır.
AzVision.az