“Xərcləri artırmaq fəsadlar yarada bilər” - Deputatlara cavab
Nazir müavini neftin qiyməti ilə bağlı ən uyğun variantın seçildiyini bildirib: “Bu gün Dövlət Neft Fondunda kifayət qədər vəsait var. Hər zaman olduğu kimi lazım olan zaman həmin vəsaitlərdən istifadə edəcəyik. 2018-ci ildə neftin nəzərədə tutulan qiyməti heç də pessimist variant deyil, reallığa yaxın səviyyədədir”.
Nazir müavini depuatatların büdcənin sosial deyil, tikinti büdcəsi olması ilə bağlı fikirləri ilə razılaşmayıb: “Biz hər zaman ayrılmış vəsaitlərin nəticəyönümlü olmasını nəzərə alırıq. Büdcənin 36,6%-i sosialyönümlü vəsaitlərdir. Ona görə büdcə sosialyönümlüdür. Həmçininin investisiyalar da hər il artır. İnvestisiya da soail müdafiə tədbirlərinin bir hissəsidir”.
A.Bayramov vurğulayıb ki, 2018-ci ilin dövlət büdcəsində yanacaq, benzin və işığa görə ayrılan xərclərin artırılması gələcəkdə qiymət artımın olacağı demək deyil.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis