Xəzər Dəniz Gəmiçiliyində xarici audit keçirilir
İlk iki gün Dəniz Nəqliyyat Donanmasının gəmilərində audit həyata keçirilib. Növbəti günlərdə isə Cəmiyyətin aparatının ayrı-ayrı struktur bölmələri də audit olunacaq.
Xarici audit zamanı Cəmiyyətin aparatındakı bölmələrdə və gəmilərdə işin təşkili və sənədləşmənin TKİS-ə və beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğunluq səviyyəsinə baxış keçiriləcək, müşahidələr aidiyyəti xidmətlərlə araşdırılaraq təhlil ediləcək, AXDG rəhbərliyi nəticələr barədə məlumatlandırılacaq.
Nəticədən asılı olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə verilən sertifikatın müddəti uzadılacaq. Noyabrın 11-dən başlayan xarici audit ayın 17-dək davam edəcək.
AzVision.az
Teqlər: Xəzər-Dəniz-Gəmiçiliyi