Orta aylıq əmək haqqı 550 manat olacaq
Nazir qeyd edib ki, Azərbaycanda ömür uzunluğu təqribən 75,9 yaş, qadınlar üzrə 78,3, kişilər üzrə 73,5 yaş olacağı proqnozlaşıdırılır: “15-64 yaş arasında əmək qabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 70,5 faizini, 65 yaşda olanlar isə bütün əhalinin 6,8 faizini təşkil edəcəyi gözlənilir. İqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 839 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1 milyon 555 min nəfər olacağı proqnozlaşdırılır”.
S.Müslümovun sözlərinə görə, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı ilin əvvəlinə nisbətən 3,5 faiz artaraq, təqribən 550 manata yaxınlaşacaq: “2018-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar, əmək pensiyaçılarının orta illik sayının 2018-ci ildə təqribən 1 milyon 315 min nəfər təşkil edəcəyini göstərir”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Maaş Pensiya Səlim-Müslümov