400-dək poçt şöbəsində komunal ödəniş asanlaşdı
Bu istiqamətdə müraciətləri nəzərə alaraq “Azərpoçt” təbii qazdan istifadəyə görə ödənişlər üçün filiallarını daha 300 ədəd xüsusi qurğularla (kartrider) təchiz edib.
Hazırda rayonlarda 128, Bakı şəhərində isə 171 poçt şöbəsində qazdan istifadəyə görə ödənişlərin qəbuluna tam şərait yaradılıb.
Bundan əlavə, elektrik enerjisi üzrə də poçt şöbələrində “smart kart”ların balansını artırmaq mümkündür. Belə ki, respublika üzrə artıq 162 poçt şöbəsində elektrik “smart kart”larına ödənişlər həyata keçirilir.
Məqsəd ödəniş terminallarının olmadığı və azlıq təşkil etdiyi yerlərdə əhalinin kommunal xidmət ödənişini poçtda həyata keçirməsinə şərait yaratmaqdır.
AzVision.az
Teqlər: poçt