Gömrük Komitəsi büdcə öhdəliyini yerinə yetirib
2017-ci ilin 16 noyabr tarixinədək olan dövr ərzində idxal əməliyyatlarının həcmi 7 milyard 341 milyon ABŞ dolları olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 milyon ABŞ dolları məbləğində azalmasına baxmayaraq, 2017-ci ilin 16 noyabr tarixinə dövlət büdcəsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 355,5 milyon manat artıq gömrük ödənişləri yığılaraq köçürülməsi təmin olunub. Cari ilin qalan dövrü ərzində də idxal mallarına tətbiq olunacaq gömrük vergi və rüsumlarına görə alınacaq ödənişlər illik proqnozun daha böyük məbləğdə yerinə yetirilməsini şərtləndirəcək.
Təhlildən göründüyü kimi, 2016-cı və 2017-ci illərin müvafiq dövrü ərzində idxalın həcminin azalması ilə müşahidə olunduğu halda, illik büdcə öhdəliyi 16 noyabr 2017-ci il tarixinə artıqlaması ilə icra olunub.
AzVision.az