Əhali kredit faizlərinə 723 milyon ödəyib
İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artmış, neft bölməsində isə 6,0 faiz azalıb. Əhalinin hər nəfərinə düşən ÜDM 5806,7 manata bərabər olub.
Bundan başqa 2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,2% artaraq 40 mlrd. 190,7 mln. manata çatıb. Onun hər nəfərə düşən həcmi orta hesabla 4131,9 manat təşkil edib.
Yanvar-oktyabr aylarında gəlirlərin 85,3%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,4%-i isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 36,773 mlrd. manatlıq vəsait qalıb.
AzVision.az