10 ayda 462 milyon sığorta haqqı toplanıb
Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 milyon 99 min manat artaraq 307 milyon 302 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 15 milyon 222 min manat artaraq 158 milyon 900 min manata yüksəlib.
Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta ödənişlərinin 78 faizi könüllü, 22 faizi isə icbari sığorta növlərinin payına düşüb.
2017-ci ilin yanvar-oktyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
AzVision.az
Teqlər: Sığorta