Pərviz Şahbazov Brüsseldə baş katiblə görüşüb
Bu proqram çərçivəsində Azərbaycanın Energetika Strategiyasının, iqtisadiyyatın müxtəlif sahələrində enerji səmərəliliyinin təmin edilməsi üzrə xüsusi proqramların, müvafiq qanunvericilik sənədlərinin hazırlanması və enerji resurslarından səmərəli istifadə üzrə Milli Fəaliyyət Planının işlənməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə yeni təkliflər nəzərdən keçirilib.
Energetika naziri Pərviz Şahbazov bütün bu əməkdaşlıq istiqamətlərinin “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrasına töhfə verəcəyini deyərək bildirib ki, enerji sektorunda belə mühüm layihələrin reallaşdırılması üçün Enerji Xartiyasının dəstəyi vacibdir. Müzakirələr əsnasında cari ilin sonu - gələn ilin əvvəlində ekspertlər səviyyəsində görüşün keçirilməsi qərara alınıb.
Bundan başqa, görüşdə Enerji Xartiyasının 28-29 noyabr tarixində Aşqabadda keçiriləcək 28-ci konfransı, eləcə də dünyanın enerji bazarında izlənən yeni trendlər ətrafında da müzakirələr aparılıb.
AzVision.az
Teqlər: Pərviz-Şahbazov