Azərbaycan “Dubay Ekspo 2020”də iştirak edəcək
“Dubay Ekspo 2020”nin baş direktoru və BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim Al Həşimi planlaşdırma təqvimi üzrə əldə olunan nailiyyətlər və gələcək mərhələlər barədə danışıb.
Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes əldə olunan nəticələri yüksək qiymətləndirərək deyib: “Bizim üçün bu gün fikrimizi hazırlıq işlərinə yönəltmək və üç ildən sonra dünyanı “Dubay Ekspo 2020”də qəbul etməyə tam hazır olmaq çox vacibdir”.
Qeyd edək ki, “Zehinləri birləşdirək, gələcəyi quraq” 2020-ci ildə keçiriləcək “Dubay Ekspo”nun əsas mövzusudur. 438 hektar ərazidə yaradılacaq beynəlxalq sərgidə 180 ölkənin iştirak edəcəyi və 25 milyon ziyarətçinin gələcəyi gözlənilir. “Dubay Ekspo” 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 21-ə qədər davam edəcək.
AzVision.az
Teqlər: Dubay-Ekspo Azərbaycan