Qeyri-neft ixracı 1,219 milyard dollara çatıb
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 10 ayı ərzində bu ölkəyə 424 milyon ABŞ dolları dəyərində ixrac olub. Növbəti yerləri isə Türkiyə (243 milyon ABŞ dolları), İsveçrə (115 milyon ABŞ dolları), Gürcüstan (108 milyon ABŞ dolları) və Türkmənistan (48 milyon ABŞ dolları) bölüşür.
2017-ci ilin 10 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında birinci yeri pomidor (tomat) 131.5 milyon ABŞ dolları ilə tutub. İkinci yerdə qızıl (98.5 milyon ABŞ dolları) və üçüncü yerdə qabığı təmizlənmiş meşə fındığı (88.6 milyon ABŞ dolları) dayanır.
Cari ilin oktyabr ayında isə qeyri-neft sektoru üzrə 475 subyekt tərəfindən 149.6 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib. Oktyabr ayı üzrə ixrac olunan əsas mallar qabığı təmizlənmiş meşə fındığı, xurma, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), alma, xiyar və kornişonlar, metanol (metil spirti), alüminium və s. olub.
Oktyabr ayında qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 26.6 milyon ABŞ dolları, xurmanın ixracının dəyəri 21.6 milyon ABŞ dolları, qızılın ixracının dəyəri 17.2 milyon ABŞ dolları təşkil edib.
AzVision.az
Teqlər: ixrac