“Azərsu” ASC-dən
AzVision.az-a verilən məlumata görə, bu məqsədlə subartezian quyusu qazılıb, su xətti çəkilərək bütün yaşayış evləri içməli su ilə təmin edilib. Sakinlərə operativ və keyfiyyətli xidmət göstərilməsi məqsədilə kənddə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin Cəbrayıl Sukanal İdarəsinin Cocuq Mərcanlı sahəsi yaradılıb. Gələcəkdə kəndin su təchizatı bu xidmət sahəsi tərəfindən həyata keçiriləcək.
Noyabrın 17-də “Azərsu” ASC və Cəbrayıl RİH rəhbərliyinin iştirakı ilə xidmət sahəsi binasına baxış keçirilib. Burada yaradılmış şəraitlə tanış olan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov kənd sakinlərinə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə müvafiq tapşırıqlar verib.
AzVision.az