“Valyuta bazarında sabitlik qorunacaq” - Elman Rüstəmov
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
"Tədiyyə balansında yaxşılaşma yalnız neftin qiyməti ilə bağlı deyil. İdxalın azalması, qeyri-neft ixracının 35%-lik artması da tədiyyə balansına təsir edən amillərdəndir. Xidmət balansında da müsbət meyillər var. Cari ildə stareteji ehtiyatlar 12%, Azərbaycan Mərkəzi Bankının ehtiyatları isə 31% artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib. Ölkəyə idxal azaldılıb, strateji valyuta ehtiyatlarına təzyiq azalıb. Maktoiqsadi sabitliyin ilkin əsasları yaranıb."
E.Rüstəmov qeyd edib ki, hazırda bank aktivlərinin 20%-dən çoxunu likvid aktivlər təşkil edir: “Kredit portfelində aktivlik müşahidə olunmur. Azərbaycan Mərkəzi Bankının strelizasiya alətlərinə ehtiyacı çoxdur. İnflaysiyanı əsasən qeyri-monetar amillər şərtləndirir. Son bir ayda dünya bazarında ərzaq məhsullarının qiymətinin artması, ölkədə də inflyasiyanın aşağı düşməsinə mane olub”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: AMB Elman-Rüstəmov