“Hökumət büdcəyə görə məsuliyyət daşıyır” - Valeh Ələsgərov
Vitse-spiker xatırladıb ki, 80-ci illərin əvvəllərində İran körfəzi ölkələri arasında müharibə baş verəndə neftin qiyməti qalxmışdı, Sovetin güclü vaxtı idi, sonra qiymətlər 3 dəfə aşağı düşdü:
“Sovet ittifaq nə günə qaldı? Bir qəpik də valyuta ehtiyatı yaranmamışdı, hamısı xərclənmişdi. Azərbaycanın nefti, qazı var, bunu satmaq lazımdır. Lazım olanda istifadə edə bilərik, əksəriyyətini isə gərək ehtiyat olaraq saxlayaq. Sabah nə olub-olmayacağını kim bilir? 90-cı illərin əvvlərində beynəlxalq qurumlar proqnoz verirdi ki, neftin qiyməti 2000-ci ilə bir bareli 25-27 dollar olacaq. 1998-1999-cu ildə bir barel 11-12 dollara düşdü. Hansısa qurum buna cavab verdimi? 2007-ci ildə dediyiniz beynəlxalq qurumlar deyirdilər ki, 2008-ci ildə neftin bir barelinin qiyməti 200 dolları keçəcək. Bir barel neftin qiyməti 39 dollara düşdü. Bunun məsuliyyətini kim daşıdı? Bunun əziyyətini proqnozlara inanan hökumətlər çəkdi”.
V.Ələsgərov qeyd edib ki, bu mövzunu dəfələrlə müzakirə etməyə dəyməz: “Hökumət dövlət büdcəsinə görə məsuliyyət daşıyır. Məsuliyyət hiss etdiyinə görə də nə etdiyin bilir. Daha düzgün yol ehtiyatlarımızı artırmaqdır. Bunu etməklə gələcəyimiz üçün zəmanət yaranır. Heç kim bu gün deyə bilməz ki 3-5 ildən sonra dünya iqtisadiyyatında, maliyyə bazarlarında nə olacaq”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis