Energetika Nazirliyi Belarus təcrübəsini öyrənir
Bildirilib ki, ölkənin ən böyük qaz təchizatçılarından olan müəssisə qaz paylama sisteminin idarə olunmasını, istehlakçılara qaz təchizatını, qaz paylayıcı sistemə aid obyektlərin mərkəzləşdirilmiş idarəedilməsinin təşkilini, qaz təchizatı sisteminin istismara buraxılmasını, qaz paylama sisteminin obyektlərində enerji qənaət avadanlıqlarının və qabaqcıl texnologiyaların istifadəsini və ətraf mühitə zərərli təsirini azaldan avadanlıqlarla təchiz olunmasını təmin edir. Eyni zamanda, qaz paylama sisteminin obyektlərinin yanğından mühafizə, sənaye və ətraf mühitin təhlükəsizliyinin təmin olunması tədbirlərini həyata keçirir. Bütün növ istehlakçıları, müasir qaz ölçü cihazları, enerji qənaət texnologiyaları və s. ilə təmin edir.
Müəssisədə keçirilən görüşdə qaz təchizatı sahəsində hər iki ölkənin təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın neft-qaz sənayesində həyata keçirilən islahatlar və əldə edilən uğurlar barədə məlumat verilib, “ Cənub Qaz Dəhlizi” layihəsinə dair videoçarx nümayiş etdirilib.
Nümayəndə heyəti “Minsk Təmir-İstehsalat İdarəsi, “Maye Qazın Təchizatı Sahəsi”, “Qaz Tənzimləyici Məntəqələri və Əhaliyə Xidmət Mərkəzi”, “Rudenskiy” Qaz Doldurma Stansiyası”nın işi ilə tanış olublar. Energetika Nazirliyinin nümayəndələri “Müxtəlif Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası, Təqdimat və İnkişaf Siyasəti Forumu”na da qatılaraq, çıxışlar ediblər.
AzVision.az
Teqlər: Energetika-Nazirliyi