Sökülən “Xruşovka”larla bağlı vacib məqam - Sakinlərin nəzərinə!
Məsələn, təssəvvür edək ki, şirkət sakinlərə kirayə üçün ödəniş etdi, köhnə binanı sökdü və yeni binanı inşa edən zaman müflis oldu, tikintini başa çatdıra bilmədi. Bu halda, sakinləri yeni mənzillər ilə hansı şirkət təmin edəcək? Sakinlər ilə inşaat şirkətləri arasında bağlanan müqavilələrdə bu hallar nəzərə alınmır. İnşaat şirkətlərinin aktivləri az olduğundan bu zaman tikintinin başa çatdırılması üçün tələb edilən xərcin aktivləri sataraq ödəmək də mümkün deyil”.
V.Bayramov qeyd edib ki, gələcəkdə belə hallar baş verən zaman sakinlərin mənzilsiz qalmaması üçün yeni mexanizmlərin hazırlanıb, tətbiq edilməsinə ehtiyac var: “Tikinti şirkətləri üçün risklərin sığortalanması işə başlamaq üçün əsas tələblərdən biri olmalıdır. Tikinti firması öz risklərini sığorta şirkətində sığortaladıqdan sonra ona inşaata aparmaq icazəsi verilməlidir. Evini tərk edib, kirayə qalan sakin əmin olmalıdır ki, bütün hallarda o yeni mənzil ilə təmin ediləcək”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Bakı Vüqar-Bayramov