“Tarif Şurasının qərarına dəyişiklik edilməyib” - “Azəriqaz”
“Nəzərinizə çatdırırıq ki, 2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaq. 2017-ci ildə olduğu kimi, 2018-ci ilin yanvar ayının 1-dən etibarən əhali istehlakçılarının illik istehlak həcmi 1700 kubmetr (170 AZN) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1700 kubmetrdən (170 AZN) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanacaq. Həmçinin Smart İTRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kub metr limit 01.01.2018-ci il tarixdən başlayaraq smart karta aparılan ilk odəniş əməliyyatından etibarən hesablanacaq.
Tarif Şurasının qərarı ilə differensial (şaxələndirilmiş) tarif mexanizminin tətbiq edilməsi və bunun nəticəsində məhz əhali üçün daha münasib tarifin tətbiq edilməsini, aztəminatlı ailələr eləcə də əhalinin əksəriyyəti üçün əvvəlki tarifin dəyişməzliyini təmin edir. Bununla da, ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 75 faiz təşkil edir”.
AzVision.az
Teqlər: Tarif-Şurası Azəriqaz