Neftimizin qiyməti 67 dollara çatır
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 11-də 66,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,17 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 11-də 62,92 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,27 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 11-də 65,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,21 dollar/barel çoxdur.
AzVision.az